- Offside
- 23:43 06.09.2026
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, yarış Bakıdakı Veloparkda təşkil olunub. Mübarizədə 8 dövlət qurumunu təmsil edən əməkdaşlar iştirak ediblər.
İştirakçılar fərdi ötüşmə növündə qüvvələrini sınayıblar.
Kişilər arasında “AzerGold” QSC-nin təmsilçisi Pərviz Aslanov bütün rəqiblərini qabaqlayaraq birinci olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Cavid Xəlilov ikinci, SOCAR-ın nümayəndəsi Rüstəm Rüstəmov isə üçüncü yeri tutub.
Qadınların mübarizəsində isə FHN təmsilçisi Leyla Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xarici İşlər Nazirliyinin əməkdaşı İlkanə Qasımova ikinci, FHN-in digər nümayəndəsi Sevda Verdiyeva isə üçüncü olub.
Yarışın qalibləri və fərqlənən iştirakçılar medal, diplom və müxtəlif hədiyyələrlə təltif ediliblər.