- Offside
- 00:54 07.09.2026
“Böyük Dəbilqə” turnirlərinin yeddiqat çempionu, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan ispaniyalı tennisçi Karlos Alkaras 2026-cı il “US Open” turnirində 1/4 finala yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, turnirin 1/8 final mərhələsində Alkaras dünya reytinqində 21-ci olan ABŞ təmsilçisi Tommi Pol ilə qarşılaşıb. İspaniyalı tennisçi rəqibini 6:4, 6:3, 6:4 hesabı ilə məğlub edib.
2 saat 20 dəqiqə davam edən görüşdə Alkaras 3 dəfə eyslə fərqlənib, 2 qoşa səhvə yol verib. O, qazandığı 14 breyk imkanından 4-nü reallaşdırıb.
Tommi Pol isə görüş ərzində 4 eys edib, 1 qoşa səhvə yol verib. ABŞ təmsilçisi qazandığı 4 breyk imkanından yalnız birindən yararlanıb.
Beləliklə, Karlos Alkaras “US Open”də mübarizəni davam etdirərək 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Yarımfinala yüksəlmək uğrunda mübarizədə Alkaras ABŞ təmsilçisi Ben Şelton və Yunanıstan tennisçisi Stefanos Tsitsipas arasında keçiriləcək 1/8 final görüşünün qalibi ilə qarşılaşacaq.