- Offside
- 19:22 07.09.2026
Azərbaycanın iki paraüzgüçüsü Türkiyənin Kocaeli şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, bu gün start götürəcək qitə birinciliyində Azərbaycanı S12 kateqoriyasında Raman Saley, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçü Əli Vəliyev təmsil edəcək.
Avropa çempionatında mübarizəyə sentyabrın 12-də yekun vurulacaq.