7 sentyabr 2026. Bazar ertəsi

Bakıda cüdo üzrə dünya çempionatına həsr olunan fan zonalar yaradılıb


  • Offside
  • 14:24 07.09.2026
  • Oxunma sayı: 10
Bakıda cüdo üzrə dünya çempionatına həsr olunan fan zonalar yaradılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş ilk fan zona “Dəniz Mall” ticarət mərkəzində fəaliyyətə başlayıb.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, fan zonada uşaqlar və böyüklər üçün müxtəlif interaktiv oyunlar, cüdo viktorinası və pazl yarışları təşkil edilir. Ziyarətçilər, həmçinin foto və selfi guşələrindən yararlana bilərlər.

Fəaliyyətlərdə iştirak edənlər müxtəlif hədiyyələr qazanır, eləcə də onlar üçün xüsusi hazırlanmış rəmzi cüdo pasportu təqdim olunur. Fan zonada Azərbaycanın cüdo üzrə ilk dünya çempionu Elxan Məmmədovun cüdoqisi də nümayiş etdirilir.

Proqram çərçivəsində tanınmış cüdoçuların azarkeşlərlə görüşləri və imza mərasimlərinin keçirilməsi də nəzərdə tutulub.

Analoji fan zonaların “Crescent Mall”, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində də fəaliyyət göstərəcəyi bildirilib.

Qeyd edək ki, böyüklər arasında cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.







Offside