- Offside
- 19:22 07.09.2026
Sərbəst güləş üzrə Azərbaycan milli komandası bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında ümumi və xüsusi hazırlıq üzrə təlim-məşq toplanışına start verib.
AGF-dən 90deqiqe.Az-a bildirilib ki, sentyabrın 19-dək davam edəcək hazırlıq prosesində məşqçilər Taymuraz Kokoyev və Arif Abdullayevin rəhbərliyi altında 22 güləşçi iştirak edir.
57 kq çəki dərəcəsində Məhəmməd İsmayılov, Hüseyn Rzazadə və İbrahim Həsənov, 61 kq-da Ceyhun Allahverdiyev, 65 kq-da Musa Ağayev, Hüseyn Hüseynov və Ayxan Abdullazadə, 70 kq-da Ramik Heybətov və Hacı Kərimov, 74 kq-da Ağanəzər Novruzov və Nihad Abbasov, 79 kq-da Elcan İsmayılzadə və Elxan Qarayev, 86 kq-da Səbuhi Əmiraslanov, 92 kq-da Təbriz Bayramov və Anar Cəfərli, 97 kq-da Səid Paşayev və Zəfər Əliyev, 125 kq-da isə Xetaq Karsanov, Muxamad Qantemirov və Yusif Dursunov hazırlıq prosesində yer alıblar.
Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 12-dən 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək U-23 dünya çempionatına hazırlıq xarakteri daşıyır.