7 sentyabr 2026. Bazar ertəsi

Azərbaycan cüdoçuları Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir


  • Offside
  • 15:11 07.09.2026
  • Oxunma sayı: 10
Azərbaycan cüdoçuları Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda beynəlxalq təlim-məşq toplanışına qatılıb.

90deqiqe.Az-ın məlumatına görə, milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesində Azərbaycan cüdoçuları ilə yanaşı, Niderland, Finlandiya və Qazaxıstan yığmalarının üzvləri də iştirak edirlər.

Toplanış çərçivəsində idmançıların fiziki və texniki-taktiki hazırlığının təkmilləşdirilməsinə yönəlmiş məşqlər keçirilir. Həmçinin müxtəlif ölkələrin cüdoçularının iştirakı ilə randori sessiyaları təşkil olunur.

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı Azərbaycan millisinin qarşıdakı mühüm yarışlara hazırlıq proqramının bir hissəsidir. Cüdoçularımız hazırlıq çərçivəsində Macarıstanda keçiriləcək “Böyük Dəbilqə” turnirinə, eləcə də Bakının ev sahibliyi edəcəyi dünya çempionatına hazırlaşırlar.







Offside