- Offside
- 19:22 07.09.2026
Üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun Bakı mərhələsinə biletlərin satışı başlayıb.
Azərbaycan Üzgüçülük Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, beynəlxalq yarış oktyabrın 1-dən 3-dək Su İdmanı Sarayında keçiriləcək.
Bakı mərhələsində dünyanın aparıcı üzgüçüləri müxtəlif məsafələrdə mübarizə aparacaqlar. Azarkeşlər Kemeron Makevoy, Hayyan Sin və Şivon Hogi kimi tanınmış idmançıların çıxışlarını canlı izləmək imkanı əldə edəcəklər.
Biletlər həm QR, həm də kağız formatında təqdim olunur. Kağız biletləri şəhərdə fəaliyyət göstərən kassalardan əldə etmək mümkündür.
Qeyd edək ki, “İpək Yolu” Dünya Kubokunun Bakı mərhələsi oktyabrın 1-dən 3-dək Su İdmanı Sarayında təşkil olunacaq.