7 sentyabr 2026. Bazar ertəsi

Azərbaycan və Pakistan gənclər və idman sahəsində əməkdaşlığı genişləndirir


  • Offside
  • 16:03 07.09.2026
  • Oxunma sayı: 9
Azərbaycan və Pakistan gənclər və idman sahəsində əməkdaşlığı genişləndirir

Gənclər və idman naziri Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuddini ilə görüşüb.

Nazirlikdən 90deqiqe.Az-a bildirilib ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin gənclər və idman sahəsində inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Həmçinin gənclər siyasəti və idman sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.







Offside