7 sentyabr 2026. Bazar ertəsi

Qadın güləşi üzrə Azərbaycan millisinin toplanışı başlayıb


  • Offside
  • 16:15 07.09.2026
  • Oxunma sayı: 9
Qadın güləşi üzrə Azərbaycan millisinin toplanışı başlayıb

Qadın güləşi üzrə Azərbaycan milli komandası Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, böyüklər və U-23 yaş qruplarını əhatə edən hazırlıq mərhələsi sentyabrın 19-dək davam edəcək.

Ümumi və xüsusi hazırlıq üzrə keçirilən toplanışa yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayev rəhbərlik edirlər.

Hazırlıq prosesində Xədicə Qurbanzadə və Nəzrin Əhmədli (hər ikisi 50 kq), Nərgiz Səmədova, Fatimə Bayramova və Esra Məmmədli (hamısı 53 kq), Elnurə Məmmədova, Əsmər Cankurtaran və Gültəkin Şirinova (hamısı 55 kq), Jalə Əliyeva, Qaratel Quliyeva və Səadət Quliyeva (hamısı 57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (65 kq) və Zəhra Kərimzadə (72 kq) iştirak edirlər.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı iki mühüm yarışa hazırlıq xarakteri daşıyır. U-23 dünya çempionatı oktyabrın 12-dən 18-dək ABŞ-nin Las-Veqas şəhərində, böyüklər arasında dünya çempionatı isə oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.







Offside