7 sentyabr 2026. Bazar ertəsi

Azərbaycanlı konkurçu Belçikadakı turnirdə ikinci yeri tutub


  • Offside
  • 18:09 07.09.2026
  • Oxunma sayı: 9
Azərbaycanlı konkurçu Belçikadakı turnirdə ikinci yeri tutub

Azərbaycanı konkur növündə beynəlxalq arenada təmsil edən Patrik Makenti Belçikanın Lier şəhərində keçirilən turnirdə uğurlu nəticə göstərib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) 90deqiqe.Az-a bildirilib ki, idmançı 135 santimetr hündürlüyündə maneələrin dəf edilməsi üzrə yarışda 39 iştirakçı arasında ikinci yeri tutub.

Patrik Makenti marşrutu 59,90 saniyəyə və 0 cərimə balı ilə başa vurub.

Azərbaycanlı atlı 6-8 yaşlı atlar üçün 130 santimetr hündürlüyündə maneələrin dəf edilməsi yarışında da iştirak edib. 28 idmançının mübarizə apardığı bu yarışda Makenti marşrutu 69,16 saniyəyə və cərimə balı toplamadan tamamlayaraq beşinci olub.

Qeyd edək ki, Patrik Makenti sentyabrın 16-dan 20-dək Belçikanın Lanaken şəhərində keçiriləcək gənc atlar arasında konkur üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək.







Offside