7 sentyabr 2026. Bazar ertəsi

Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat


  • Offside
  • 18:55 07.09.2026
  • Oxunma sayı: 10
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat

Azərbaycanın FIFA referisi Tural Qurbanov növbəti dəfə UEFA-dan təyinat alıb.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, azərbaycanlı hakim UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Borussiya Dortmund” (Almaniya) – “Vilyarreal” (İspaniya) qarşılaşmasını idarə edəcək.

Tural Qurbanova Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.

Qeyd edək ki, qarşılaşma sentyabrın 8-də Almaniyanın Dortmund şəhərində yerləşən Brakel Təlim Mərkəzində keçiriləcək.







Offside