- Offside
- 22:00 07.09.2026
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Kamerunda keçirilən “International Challenge” seriyalı “Cameroon International 2026” turnirində qızıl medal qazanıb.
Azərbaycan Badminton Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, qadınların şəxsi kateqoriyasında mübarizə aparan idmançı yüksək reytinqinə görə yarışa 1/8 final mərhələsindən başlayıb.
K. F. Zəhra ilk görüşündə Uqanda təmsilçisini məğlub edib. O, 1/4 finalda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) badmintonçusuna qalib gələrək yarımfinala yüksəlib.
Yarımfinalda da BƏƏ təmsilçisi ilə qarşılaşan badmintonçu rəqibini hər iki setdə üstələyərək finala vəsiqə qazanıb.
Həlledici görüşdə K. F. Zəhra yenidən BƏƏ idmançısı Prakriti Bharatha ilə üz-üzə gəlib. Azərbaycan təmsilçisi rəqibini 2:0 (21:16, 21:19) hesabı ilə məğlub edib.
Beləliklə, Keişa Fatimə Zəhra “Cameroon International 2026” turnirinin qalibi olub.