7 sentyabr 2026. Bazar ertəsi

Messi və Ronaldo ilk dəfə eyni komandada çıxış edəcəklər


  • Offside
  • 22:00 07.09.2026
  • Oxunma sayı: 11
Messi və Ronaldo ilk dəfə eyni komandada çıxış edəcəklər

Dünya futbolunun iki böyük ulduzu Lionel Messi və Kriştiano Ronaldo gələcəkdə ilk dəfə eyni komandanın heyətində meydana çıxacaqlar.

90deqiqe.Az-ın məlumatına görə, bu, karyerasını başa vurmuş argentinalı hücumçu Karlos Tevesin vida matçında baş verəcək. Keçmiş futbolçu qarşılaşmanı doğma ölkəsində keçirməyi planlaşdırır.

Teves bildirib ki, həm Kriştiano Ronaldo, həm də Lionel Messi tədbirdə iştirak etməyə razılıq verib.

“Ronaldo mənə orada olacağını dedi. Leonu (Messi – red.) razı salmaq da çətin olmadı. Hər ikisi mənə razılıqlarını verdilər. Bu anı səbirsizliklə gözləyirəm. Matç çox emosional olacaq”, – deyə Teves bildirib.

Argentinalı keçmiş hücumçu əlavə edib ki, Messi və Ronaldonu bir komandada görmək həmişə onun arzusu olub. Onun sözlərinə görə, bu arzu vida matçında gerçəkləşəcək.

Qeyd edək ki, qarşılaşmanın 2026-cı ilin dekabrında keçirilməsi gözlənilir. Hazırda 41 yaşlı Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda, 39 yaşlı Messi isə MLS təmsilçisi “İnter Mayami”də karyerasını davam etdirir.







Offside