- Offside
- 04:02 08.09.2026
“Əl-Nəsr”in vingeri Sadio Mane və “Əl-Qadisiyə”nin hücumçusu Xulian Kinyones “Qızıl top” mükafatına namizədlər arasında yer alacaqlar.
90deqiqe.Az-ın “The Touchline”yə istinadən məlumatına görə, seneqallı və meksikalı futbolçunun adı mükafat uğrunda mübarizə aparacaq 30 namizədin siyahısında olacaq.
“Qızıl top”a namizədlərin rəsmi siyahısının sentyabrın 8-də açıqlanması, mükafatlandırma mərasiminin isə oktyabrın 26-da keçirilməsi planlaşdırılır.
Xulian Kinyones ötən dünya çempionatında keçirdiyi 5 oyunda 4 qol vurub. O, bundan əvvəl Səudiyyə Ərəbistanı çempionatının ötən mövsümündə 31 matçda 33 qola imza atıb.
Sadio Mane isə 2026-cı ilin əvvəlində Seneqal millisi ilə Afrika Millətlər Kubokunun qalibi olub. Lakin sonradan Mərakeşlə final matçında Seneqala texniki məğlubiyyət verilib.