- Offside
- 01:40 09.09.2026
“Sabah” basketbol komandası ABŞ-dən olan Castin Tillmanla yollarını ayırıb.
90deqiqe.Az xəbər verir ki, klub amerikalı basketbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Castin Tillman 2025/2026 mövsümünün əvvəlində “Sabah”ın heyətinə cəlb olunub. O, Bakı təmsilçisi ilə Azərbaycan Basketbol Liqasının qalibi olub.
31 yaşlı basketbolçu final seriyasının ən yaxşı oyunçusu (MVP) seçilib.