24 oktyabr 2026. Şənbə

Azərbaycanlı velosipedçi Almatıda 4-cü oldu


  • Offside
  • 12:00 08.09.2026
  • Oxunma sayı: 195
Azərbaycanlı velosipedçi Almatıda 4-cü oldu

Azərbaycanın şose velosipedi üzrə U-23 milli komandasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən “Changan Race Almaty 2026” yarışında uğurlu nəticə göstərib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.

İki mərhələnin yekunlarına əsasən, Süleyman Ələkbərov ümumi təsnifatda 4-cü yeri tutub.

Azərbaycanlı velosipedçi eyni zamanda yarışın ən yaxşı gənc iştirakçısına verilən xüsusi köynəyə layiq görülüb.







Offside