- Offside
- 01:40 09.09.2026
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, “Baku Media Center” tərəfindən hazırlanan videoçarxda Azərbaycan cüdosunun müxtəlif nəsillərini təmsil edən tanınmış idmançılar yer alıblar.
Çəkilişlərdə Azərbaycanın cüdo üzrə ilk dünya çempionu Elxan Məmmədov, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, həmçinin Avropa çempionatının gümüş mükafatçısı, “Böyük Dəbilqə” turnirlərinin altıqat qalibi Balabəy Ağayev iştirak ediblər.
Videoçarxda cüdonun özünəməxsus xarakteri və Azərbaycan cüdosunda nəsildən-nəslə ötürülən ənənələr vizual hekayə vasitəsilə nümayiş etdirilib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.