9 sentyabr 2026. Çərşənbə

AFFA gənclər liqalarında oyun formatlarını dəyişməyi planlaşdırır


  • Offside
  • 16:53 08.09.2026
  • Oxunma sayı: 8
AFFA gənclər liqalarında oyun formatlarını dəyişməyi planlaşdırır

AFFA gənclər futbolunda oyun formatlarının təkmilləşdirilməsi ilə bağlı klublarla məsləhətləşmələri davam etdirir.

90deqiqe.Az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, klub rəhbərliklərinin təşəbbüsü ilə videokonfrans formatında görüş keçirilib.

Görüşdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, texniki direktor Edmond Klaus, baş katibin müavini Elçin Məmmədov, Futbol İnkişaf departamentinin rəhbəri Sərxan Hüseynov və akademiya direktorları iştirak ediblər.

Tərəflər gənclər liqalarında oyun formatlarının yaş qruplarının inkişaf mərhələlərinə uyğunlaşdırılması məsələsini müzakirə ediblər. Görüş zamanı mərhələli şəkildə daha böyük oyun formatlarına keçidin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, klubların təklif və mülahizələri dinlənilib.

Bildirilib ki, format dəyişikliyi ilə bağlı yekun qərar akademiyaların rəyi nəzərə alınmaqla qəbul ediləcək.

Məsləhətləşmələrin davam etdiriləcəyi və yekun qərarın yeni mövsüm başlamazdan əvvəl akademiyalara açıqlanacağı bildirilib.

AFFA gənc futbolçuların inkişafı üçün optimal həllərin müəyyənləşdirilməsi məqsədilə akademiyalarla əməkdaşlığı davam etdirəcək.







Offside