9 sentyabr 2026. Çərşənbə

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionunun adı bəlli oldu


  • Offside
  • 17:00 08.09.2026
  • Oxunma sayı: 8
Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionunun adı bəlli oldu

Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən göldə karpfişinq üzrə Azərbaycan çempionatı keçirilib.

Azərbaycan Su İdman Növləri Federasiyasından (ASİNF) 90deqiqe.Az-a verilən məlumata görə, yarış Gənclər və İdman Nazirliyi, ASİNF və “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Üç gün davam edən çempionatda komandalar müəyyən olunmuş qaydalara uyğun mübarizə aparıblar.

Yarışın yekun nəticələrinə əsasən, “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun “Karp Pro” komandası Azərbaycan çempionu olub. Azər Əliyev, Nihad Camalov və Hüseyn Qeibidən ibarət komanda 1-ci yeri tutub.

“Delfinq Fişinq Klubu”nun “Qarabağ” komandası (Sahil Ağamalıyev, İsa Əliyev, Elmir Səfiyev) ikinci, Azərbaycan Karpfişinq Klubunun “AzKarp” komandası (Əhməd Məmmədov, Faiq Şirinbəyli, Əli Məmmədov) isə üçüncü olub.

Qaliblər diplom, medal və kubokla təltif ediliblər. Bundan əlavə, çempionatın ən böyük balığını tutan “Karp Pro” komandasına xüsusi kubok təqdim olunub.

Qeyd edək ki, karpfişinq sazan balığının xüsusi üsullarla tutulmasına əsaslanan idman növüdür. Yarış zamanı tutulan balıqlar hakimlər tərəfindən qiymətləndirildikdən sonra zədələnmədən yenidən suya buraxılıb.







Offside