6 oktyabr 2026. Çərşənbə axşamı

AMF və WMF prezidentləri görüşdü


  • Offside
  • 17:58 08.09.2026
  • Oxunma sayı: 106
AMF və WMF prezidentləri görüşdü

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filipp Cuda ilə görüşüb.

90deqiqe.Az xəbər verir ki, Orxan Məmmədov bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Görüş zamanı minifutbolun inkişafı, qarşıdakı layihələr və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

AMF prezidenti əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb:

“Minifutbolumuzun beynəlxalq arenada mövqeyinin daha da gücləndirilməsi istiqamətində əməkdaşlığımızı davam etdirəcəyik”.







Offside