9 sentyabr 2026. Çərşənbə

Orxan Səfərov azarkeşlərlə görüşdü


  • Offside
  • 18:35 08.09.2026
  • Oxunma sayı: 33
Orxan Səfərov azarkeşlərlə görüşdü

“Dəniz Mall” Ticarət Mərkəzində Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş fan zonada Avropa çempionu Orxan Səfərovun imza mərasimi təşkil olunub.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə dünya çempionatının ikiqat mükafatçısı olan cüdoçu azarkeşlərlə görüşüb.

Orxan Səfərov pərəstişkarları üçün avtoqraflar imzalayıb və onlarla xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.







Offside