9 sentyabr 2026. Çərşənbə

Azərbaycanın U-16 basketbol millisi Türkiyədə turnirdə iştirak edir


  • Offside
  • 21:55 08.09.2026
  • Oxunma sayı: 43
Azərbaycanın U-16 basketbol millisi Türkiyədə turnirdə iştirak edir

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq turnirində mübarizə aparır.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Sentyabrın 8-dən 12-dək keçirilən turnirdə Azərbaycan yığması ilə yanaşı, Türkiyənin “Konya Diltaş Basketbol”, “Eskişehir Çağdaş Koleji Spor Kulübü”, “Bakırköy Kartaltepe Spor Kulübü”, “Fənərbağça” və “Eskişehir Gelişim Falcons”, Bolqarıstanın “Rilski Sportist”, Gürcüstanın isə “Viktor Sanikidze Academy Basketball” komandaları iştirak edir.

Qeyd edək ki, Yalovada keçirilən turnirdə Azərbaycanın U-14 millisi də çıxış edib. Komandamız yarışın yekununda ikinci yeri tutub.

Hazırda turnirdə mübarizəni Azərbaycanın U-16 millisi davam etdirir.







Offside