9 sentyabr 2026. Çərşənbə

Azərbaycan atleti tələbələr arasında dünya çempionu oldu


  • Offside
  • 22:34 08.09.2026
  • Oxunma sayı: 42
Azərbaycan atleti tələbələr arasında dünya çempionu oldu

Azərbaycan atleti Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 130 kq nəticə göstərərək gümüş medala sahib olub.

Tehran Məmmədov təkanla qaldırma hərəkətində isə 159 kq çəkini başı üzərinə qaldıraraq birinci yeri tutub.

Beləliklə, Azərbaycan təmsilçisi toplam 289 kq nəticə ilə tələbələr arasında dünya çempionatının qalibi olub.

Bu nəticə ilə Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanan ilk azərbaycanlı atlet kimi tarixə düşüb.







Offside