- Offside
- 01:40 09.09.2026
Sentyabrın 10-dan 13-dək Belarusun paytaxtı Minskdə kayak və kanoe üzrə “Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku” keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, yarışda Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) idmançıları da iştirak edəcəklər.
Azərbaycanı yarışda 3 idmançı təmsil edəcək.
Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq.
İdmançılara böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.