- Offside
- 15:56 09.09.2026
Futzal üzrə dünya çempionatının əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Çexiya yığması növbəti yoxlama oyununa çıxıb.
90deqiqe.Az xəbər verir ki, Çexiya millisi Tbilisi Olimpiya Sarayında Gürcüstan seçməsi ilə qarşılaşıb. Görüş çexlərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində Kunster hesabı açıb. Çexiya millisində debüt edən Bişko ikinci qolu da vuraraq komandasının üstünlüyünü artırıb.
Bundan sonra meydan sahibləri iki dəqiqə ərzində iki dəfə fərqlənərək hesabı bərabərləşdiriblər. Lakin görüşün sonlarına yaxın Drozdun dəqiq zərbəsi Çexiyaya qələbə qazandırıb.
Komandalar arasında növbəti yoxlama oyunu sentyabrın 10-da, saat 19:00-da yenidən Tbilisi Olimpiya Sarayında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da səfərdə, noyabrın 5-də isə doğma meydanda üz-üzə gələcək.