- Offside
- 15:56 09.09.2026
Azərbaycanın boccia üzrə milli komandasının üzvü Sona Ağayeva dünya reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, idmançı Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında BC2 kateqoriyasında uğurla çıxış edərək bürünc medal qazanıb.
Bu nəticə Sona Ağayevaya 48 reytinq xalı qazandırıb. Bununla da onun ümumi reytinq xallarının sayı 74-ə yüksəlib.
Nəticədə Azərbaycan təmsilçisi “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına lisenziya verən dünya reytinq cədvəlində 15-ci pillədən 8-ci sıraya yüksəlib.
Sona Ağayevanın bu irəliləyişi Azərbaycanın boccia üzrə beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi baxımından da mühüm göstərici hesab olunur.