9 sentyabr 2026. Çərşənbə

Naxçıvanın qadın voleybol klubunun adı dəyişdirildi


  • Offside
  • 14:07 09.09.2026
  • Oxunma sayı: 10
Naxçıvanın qadın voleybol klubunun adı dəyişdirildi

Naxçıvanı təmsil edən qadın voleybolçulardan ibarət “Möminə xatun” klubunun adı dəyişdirilib.

Muxtar respublika təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, komanda bundan sonra “Naxçıvan” adı ilə çıxış edəcək.

Klubun adının dəyişdirilməsi Naxçıvanda son illər həm qadın, həm də kişi voleybolunun sistemli inkişafı, eləcə də gələcək perspektivlər nəzərə alınmaqla həyata keçirilib.

Bildirilib ki, əsas məqsəd hər iki istiqamət üzrə peşəkar voleybolun gələcəkdə vahid klub bazasında birləşdirilməsi və idarəetmənin optimallaşdırılmasıdır.

“Regionda idmanın kütləviliyini artırmaq, doğma diyarımızın adını turnirlərdə birbaşa və güclü şəkildə vurğulamaq, kişi və qadın voleybolçuları eyni ad altında birləşdirə bilmək məqsədilə klub rəhbərliyi tərəfindən mühüm rebrendinq, yəni ad dəyişikliyi qərarı alınıb. Təsisçi və klub rəhbərliyinin ortaq qərarı və Azərbaycan Voleybol Federasiyasının razılığı ilə klubumuz bundan sonra fəaliyyətini "Naxçıvan" adı altında davam etdirəcək. Bu addım komandamızın həm yerli, həm də gələcəkdə beynəlxalq arenada Naxçıvanın vahid idman brendi kimi tanınmasına xidmət edəcək”.

Qeyd olunub ki, klub yeni loqosunda Naxçıvanın əsas simvollarından biri olan Möminə Xatun türbəsini, eləcə də komandanın sevimli rənglərini qoruyub saxlayacaq.

Komandadan bildirilib ki, ad dəyişikliyinə baxmayaraq, klub öz dəyərlərinə və formalaşmış ənənələrinə sadiq qalacaq.

Xatırladaq ki, “Naxçıvan” cari mövsümdən etibarən tarixində ilk dəfə qadınların Yüksək Liqasında mübarizə aparacaq.







Offside

“Neftçi”dən yeni transfer
  • Offside
  • 13:13 09.09.2026
“Neftçi”dən yeni transfer