- Offside
- 15:56 09.09.2026
Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.
Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, mayın 20-24-də Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında görüşləri idarə edən Samil Fəttayev və Nihad Muradov imtahandan uğurla keçərək hakimlik kateqoriyalarını yüksəldiblər.
Belə ki, həmin yarışadək milli kateqoriyalı hakim kimi daxili turnirlərdə görüşləri idarə edən Nihad Muradov (Naxçıvan MR) III dərəcəli beynəlxalq hakim statusu əldə edib.
Samil Fəttayev (Lənkəran) isə III dərəcədən II dərəcəli beynəlxalq hakim kateqoriyasına yüksəlib.
Bu nəticədən sonra Azərbaycanın beynəlxalq güləş hakimlərinin sayı 24-ə çatıb.