- Offside
- 15:56 09.09.2026
Azərbaycanın paraüzgüçüləri Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında növbəti dəfə finalda mübarizə aparacaqlar.
Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, S12 kateqoriyasında çıxış edən Raman Saley 50 metr məsafəyə sərbəst üzmə üzrə təsnifat mərhələsində 24,7 saniyə nəticə göstərərək finala vəsiqə qazanıb.
S10 kateqoriyasında yarışan Əli Vəliyev isə 400 metr məsafəyə sərbəst üzmə üzrə birbaşa final mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, Raman Saley çempionatın ilk iki günündə 100 metr məsafəyə arxasıüstə üzmədə 1:03.55 nəticə ilə dördüncü, 100 metr məsafəyə batterflay üsulunda isə 59.18 saniyə nəticə ilə beşinci olub.
Əli Vəliyev isə 200 metr məsafəyə qarışıq üzmədə 2:32.99 nəticə göstərərək yarışı səkkizinci pillədə tamamlayıb.