10 sentyabr 2026. Cümə axşamı

Qauff Andreevanı geridönüşlə məğlub etdi


  • Offside
  • 01:21 10.09.2026
  • Oxunma sayı: 11
Qauff Andreevanı geridönüşlə məğlub etdi

Dünya reytinqində 5-ci pillədə qərarlaşan rusiyalı tennisçi Mirra Andreeva 2026-cı il “US Open” turnirinin 1/4 final mərhələsində reytinqin 4-cü sırasında olan amerikalı Kori Qauffa məğlub olaraq mübarizəni dayandırıb.

90deqiqe.Az-ın məlumatına görə, 2 saat 21 dəqiqə davam edən görüş Qauffun 2:6, 7:6 (9:7), 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Andreeva karyerasında Qauff üzərində ilk qələbəsini qazana bilməyib. Tennisçilər arasındakı şəxsi görüşlərdə hesab 6:0 amerikalının xeyrinədir.

Qarşılaşma ərzində Andreeva 3 eys vurub, 5 qoşa səhvə yol verib və qazandığı 9 breyk imkanından 4-nü reallaşdırıb.

Qauff isə 4 dəfə eyslə fərqlənib, 12 qoşa səhv edib və əldə etdiyi 5 breyk-poyntdan 4-dən yararlanıb.

Yarımfinalda Kori Qauff Qazaxıstanı təmsil edən Yelena Rıbakina ilə qarşılaşacaq. Qeyd edək ki, Rıbakina “US Open”in yekunlarına əsasən dünya reytinqinin ilk pilləsinə yüksələcək.







Offside

“Neftçi”dən yeni transfer
  • Offside
  • 13:13 09.09.2026
“Neftçi”dən yeni transfer