11 sentyabr 2026. Cümə

Bakıda yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 11:53 10.09.2026
  • Oxunma sayı: 11
Bakıda yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Sentyabrın 12-14-də Bakıda yelkən idmanı üzrə Optimist və ILCA4 sinifləri arasında açıq Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Su İdman Növləri Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarış federasiyanın Şıxov çimərliyində yerləşən Yelkən Mərkəzində keçiriləcək.

Çempionatda Azərbaycanla yanaşı, Türkiyədən də müxtəlif yaş kateqoriyalarında idmançıların iştirakı gözlənilir.

Yarışlara hər gün saat 11:00-da start veriləcək. Çempionatın yekunlarına əsasən qaliblərin mükafatlandırılması sentyabrın 14-də saat 18:00-da keçiriləcək.

Qeyd edək ki, ilk üç pillədə qərarlaşan idmançılar diplom və medallarla təltif olunacaqlar. Bütün iştirakçılara isə Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.

Çempionatda fərqlənən yelkənçilər gələcəkdə Azərbaycan milli komandasının heyətinə cəlb olunacaqlar.







Offside