11 sentyabr 2026. Cümə

“Neftçi” basketbol komandası serbiyalı legionerlə gücləndi


  • Offside
  • 12:36 10.09.2026
  • Oxunma sayı: 12
“Neftçi” basketbol komandası serbiyalı legionerlə gücləndi

“Neftçi” basketbol komandası heyətinə daha bir legioner cəlb edib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, serbiyalı basketbolçu Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalanıb.

28 yaşlı hücumçu karyerasını son olaraq Serbiya Liqasında çıxış edən “Hersoqovats Qaydobrad” klubunda davam etdirib.

2,06 metr boya malik Aleksa Stepanoviç daha əvvəl Serbiyanın köklü klublarından “Partizan” və “FMP Belqrad”, həmçinin VTB Birləşmiş Liqasında mübarizə aparan “Yenisey”in formasını geyinib.

Beləliklə, Stepanoviç “Neftçi”nin heyətində mövsümün sonunadək çıxış edəcək.







Offside