11 sentyabr 2026. Cümə

ASA rektoru Kembric Universitetinin ekspertləri ilə görüşüb


  • Offside
  • 16:53 10.09.2026
  • Oxunma sayı: 11
ASA rektoru Kembric Universitetinin ekspertləri ilə görüşüb

Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev Kembric Universitetinin təhsil ekspertləri Ceyms Bidl və Dr. Reyçel Ceffersonla görüş keçirib.

ASA-dan 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Fuad Hacıyev Kembric Universiteti ilə əməkdaşlığın akademik heyətin peşəkar bacarıqlarının inkişafına, müasir təhsil yanaşmalarının öyrənilməsinə və onların tətbiqinə mühüm töhfə verdiyini bildirib.

Rektor Azərbaycanın iri idman tədbirlərinə ev sahibliyi etməsinin, eləcə də ASA məzunlarının yalnız yerli deyil, beynəlxalq əmək bazarında da fəaliyyət göstərməsinin bu əməkdaşlığın əhəmiyyətini artırdığını vurğulayıb.

Kembric Universitetinin ekspertləri də əməkdaşlığı yüksək qiymətləndirərək dəvətə görə ASA rəhbərliyinə təşəkkür ediblər.

Görüşün sonunda təhsil sahəsində yeniliklərin və islahatların təşviqi məqsədilə ASA ilə Kembric Universiteti arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi barədə razılıq əldə olunub.







Offside