- Offside
- 21:57 10.09.2026
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, millimizin üzvlərinin yarışın ilk mərhələsində qarşılaşacaqları rəqiblər müəyyənləşib.
“Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunacaq. Onlardan 12-si kişi, 4-ü qadın idmançıdır.
Budapeşt “Böyük Dəbilqə”sində 67 ölkədən ümumilikdə 504 cüdoçu – 308 kişi və 196 qadın iştirak edəcək.
Sentyabrın 11-13-də keçiriləcək yarışın ilk günündə təsnifat mərhələsinə saat 11:00-da, final blokuna isə saat 19:00-da start veriləcək.
Qadınlar
48 kiloqram, 1/16 final
Könül Əliyeva – Mariya Sequnda (Anqola)
52 kiloqram, 1/16 final
Aydan Vəliyeva – Andrea Stoyadinov (Serbiya)
70 kiloqram, 1/16 final
Südabə Ağayeva – Tais Pina (Portuqaliya)
+78 kiloqram, 1/16 final
Madina Kaisinova – Qabriyel Buvye (Belçika)
Kişilər
60 kiloqram, 1/32 final
Babarəhim Mirzəyev – Nuradil Aljan (Qazaxıstan)
60 kiloqram, 1/16 final
Murad Muradlı – Vahe Ağasyan (Ermənistan)
66 kiloqram, 1/16 final
Rəşad Yelkiyev – Mohammad Xoşbin (IRT)
Nizami İmranov – Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi ilə
73 kiloqram, 1/32 final
Kamran Süleymanov – Natan Kadinyan (Fransa)
Rəşid Məmmədəliyev – Orlando Kazorla (Fransa)
81 kiloqram, 1/32 final
Hidayət Heydərov – Benedek Tot (Macarıstan)
Vüsal Qələndərzadə – Odisseas Georqakis (Kipr)
90 kiloqram, 1/16 final
Vüqar Talıbov – Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi ilə
100 kiloqram, 1/16 final
Əjdər Bağırov – Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi ilə
+100 kiloqram, 1/16 final
Camal Qamzatxanov – İqor Vraçar (Serbiya)
Kənan Nəsibov – Artyom Zolotuxin (Rusiya).