11 sentyabr 2026. Cümə

“See Breeze 2026” çimərlik polosu turnirinin iştirakçıları bəlli oldu


  • Offside
  • 21:57 10.09.2026
  • Oxunma sayı: 10
“See Breeze 2026” çimərlik polosu turnirinin iştirakçıları bəlli oldu

Sentyabrın 11-13-də keçiriləcək “See Breeze 2026” beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandalar təqdim olunub.

Azərbaycan Atçılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, təqdimat mərasimində federasiyanın baş katibi Elvin Məmmədxanov çıxış edərək turnirdə mübarizə aparacaq komandalarına uğurlar arzulayıb.

Daha sonra “World Polo” şirkətinin prezidenti Reto Qaudenzi İsveçrə, Böyük Britaniya, Azərbaycan və Rusiyanı təmsil edən kollektivləri səhnəyə dəvət edib. Komandaların üzvləri mərasimdən sonra birgə foto çəkdiriblər.

Turnirin açılış oyunu sentyabrın 11-də saat 16:00-da keçiriləcək. İlk qarşılaşmada “Red Star” və “Sankt Moritz” komandaları üz-üzə gələcəklər.

Günün ikinci oyununda isə Azərbaycanı təmsil edən “Elite Polo Club” “Moscow Polo Club”la qarşılaşacaq.

Qeyd edək ki, “See Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə sentyabrın 13-də yekun vurulacaq.







Offside