12 sentyabr 2026. Şənbə

Azərbaycanlı oxatan Belarusda üç medal qazandı


  • Offside
  • 11:09 11.09.2026
  • Oxunma sayı: 11
Azərbaycanlı oxatan Belarusda üç medal qazandı

Azərbaycanın kamandan oxatma üzrə milli komandası Belarusun Mogilyov şəhərində keçirilən ölkə çempionatında uğurlu nəticə göstərib.

90deqiqe.Az-ın məlumatına görə, sentyabrın 8-də start götürən və 120 idmançının qatıldığı yarışda Azərbaycan millisi baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimer Lekveişvilinin rəhbərliyi ilə təmsil olunub.

Millimizin heyətində Fatimə Hüseynli və Yaylagül Ramazanova mübarizə aparıblar.

70 metr məsafədə qadınların fərdi yarışında çıxış edən Fatimə Hüseynli təsnifat mərhələsində 632 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. O, yarışın qızıl medalına sahib çıxıb.

Eyni yarış növündə Yaylagül Ramazanova da uğurlu nəticə göstərərək gümüş medal qazanıb.

Fatimə Hüseynli qarışıq komanda yarışında da medal əldə edib. O, belaruslu oxatan Kiril Firsovla birlikdə çıxış edərək bürünc mükafata layiq görülüb.

Beləliklə, Azərbaycan təmsilçisi çempionatda iki medal qazanıb, millimizin hesabına isə ümumilikdə üç medal yazılıb.

Qeyd edək ki, yarışın qalibləri bu gün mükafatlandırılacaqlar.







Offside