12 sentyabr 2026. Şənbə

Azərbaycan millisinin dünya çempionatındakı rəqibi heç-heçə etdi


  • Offside
  • 12:39 11.09.2026
  • Oxunma sayı: 14
Azərbaycan millisinin dünya çempionatındakı rəqibi heç-heçə etdi

Dünya çempionatının əsas mərhələsində Azərbaycan futzal millisinin rəqibi olacaq Çexiya yığması növbəti yoxlama oyununa çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, Çexiya millisi Tbilisi Olimpiya Sarayında Gürcüstan seçməsi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Meydan sahibləri oyunda ardıcıl iki qol vuraraq hesabda üstünlük əldə ediblər. Lakin qarşılaşmanın ikinci hissəsində çexlər toparlanaraq hər iki qolun əvəzini çıxıblar.

Qeyd edək ki, komandalar bundan iki gün əvvəl də üz-üzə gəlib. Həmin qarşılaşmada Çexiya yığması 3:2 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi dünya çempionatının əsas mərhələsində Çexiya ilə ilk oyununu oktyabrın 16-da səfərdə keçirəcək. Komandalar arasındakı cavab görüşü isə noyabrın 5-də Azərbaycanda baş tutacaq.







Offside