12 sentyabr 2026. Şənbə

Azərbaycanın U-23 boks millisi Qazaxıstanda turnirdə iştirak edəcək


  • Offside
  • 13:07 11.09.2026
  • Oxunma sayı: 13
Azərbaycanın U-23 boks millisi Qazaxıstanda turnirdə iştirak edəcək

Sentyabrın 15-də Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnirə start veriləcək.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, 5 gün davam edəcək yarışda U-23 milli komandamız da mübarizə aparacaq.

Millimizin məşqçisi Elbrus Rzayev turnirdə 7 çəki dərəcəsində 8 boksçuya şans verəcək.

Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev və Ruslan Rüstəmov (hər ikisi 65 kq), Vaqif Hacıyev (70 kq), Abbasqulu Şadlinski (75 kq) yer alıb.

Azərbaycan yığmasının üzvləri beynəlxalq turnirdə güclərini sınayaraq təcrübələrini artırmağa çalışacaqlar.







Offside