12 sentyabr 2026. Şənbə

“Guba Open 2026” başa çatdı: Qaliblər müəyyənləşdi


  • Offside
  • 13:44 11.09.2026
  • Oxunma sayı: 14
“Guba Open 2026” başa çatdı: Qaliblər müəyyənləşdi

Beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunan “Guba Open 2026” II Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

Şahmat Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və “Ağ Top” Şahmat Klubunun təşkilatçılığı ilə keçirilən festivalın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunublar.

A turnirində 9 turdan sonra 7 xal toplayan Misrətdin İskəndərov bütün rəqiblərini qabaqlayaraq festivalın qalibi olub. Eyni xala malik Vüqar Manafov əlavə göstəricilərə əsasən ikinci pillədə qərarlaşıb. FIDE təmsilçisi Mixail Mozharov isə 6,5 xalla üçüncü yeri tutub.

B turnirində Əli Məmmədov 8 xalla birinci olub. 7 xal toplayan Emin Gəncəliyev və Anar Bağışov isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Festival çərçivəsində rapid və blits yarışları da keçirilib. Rüstəm Rüstəmov rapid turnirində, Xaqan Əhməd isə blits yarışında qalib adını qazanıb.

Qeyd edək ki, yarışda 11 ölkədən 300-dən çox şahmatçı iştirak edib. Ümumi mükafat fondu 24 420 manat təşkil edən festivalda klassik şahmatla yanaşı, rapid, blits və norma turnirləri də təşkil olunub.

“Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış “Ganja Open” olacaq. Festival oktyabrın 11-dən 18-dək Gəncədə keçiriləcək.







Offside