- Offside
- 22:46 11.09.2026
“Sea Breeze Resort” ərazisində yerləşən “Havana Beach”də çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirinə start verilib.
90deqiqe.Az-ın məlumatına görə, yarışın ilk qarşılaşmasında Böyük Britaniya və İsveçrə komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş İsveçrə kollektivinin 7:6 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirin ilk günündə Azərbaycan və Rusiya komandaları da qarşılaşacaqlar.
Qeyd edək ki, “Sea Breeze 2026” turnirinin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “Sea Breeze”dir.
Yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir. Ümumilikdə 12 poloçunun mübarizə apardığı turnirdə komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.