- Offside
- 22:46 11.09.2026
Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək komandaların rəqibləri müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, ölkəmizin turnirdəki təmsilçilərindən “Birbaşa Bakı” E qrupunda yer alıb. Komanda bu mərhələdə Slovakiyanın “Real Çoholiks”, Macarıstanın “Çikaqo Bandur” və İngiltərənin “Ardeleni” klubları ilə qarşılaşacaq.
F qrupunda mübarizə aparacaq “Aznur”un rəqibləri isə Macarıstanın “The Private Rooftop”, Polşanın “Sokil” və İngiltərənin “Bukovina Badeuti” komandaları olacaq.
“Zirə” isə G qrupunda İspaniyanın “Qrupo Roxu”, Çexiyanın “Hanspaulka” və Bosniya və Herseqovinanın “Krayina” kollektivləri ilə üz-üzə gələcək.