- Offside
- 22:46 11.09.2026
Azərbaycan təmsilçiləri İspaniyanın Pamplona şəhərində təşkil olunan aerobika gimnastikası üzrə dünya çempionatında final mərhələsinə vəsiqə qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük təsnifat mərhələsində 19,050 xal toplayaraq finala yüksəlib.
Qeyd edək ki, aerobika gimnastikası üzrə dünya çempionatı sentyabrın 13-də başa çatacaq.