- Offside
- 22:46 11.09.2026
Azərbaycan Atletika Federasiyasının (AAF) inzibati binasında hakimlərlə görüş keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, görüşdə AAF-nin baş katibi Məhərrəm Sultanzadə və idman direktoru Mariana Vasileva iştirak ediblər.
AAF-nin İcraiyyə Komitəsinin qərarı ilə Hakimlər Kollegiyasının sədri təyin olunan Nemət Heydərov görüş zamanı Kollegiyanın yeni rəhbəri kimi rəsmi təqdim edilib.
Toplantıda yarışların təşkili və keçirilməsi, hakimlərin qarşıdakı turnirlərdə iştirakı, hakimlik fəaliyyətinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub.
Həmçinin hakimlərə keçiriləcək yarışlarla bağlı müvafiq məlumatlar təqdim edilib, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.