- Offside
- 22:46 11.09.2026
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası sabah növbəti təlim-məşq toplanışına start verəcək.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçiriləcək hazırlıq prosesində əsas diqqət taktiki və texniki hazırlığın təkmilləşdirilməsinə yönəldiləcək.
Sentyabrın 22-dək davam edəcək toplanışa baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cəzinin rəhbərlik edəcəklər.
Hazırlıq prosesinə 55 kq çəki dərəcəsində Eldəniz Əzizli, Fərid Sadıxlı və Emin Cavadlı, 60 kq-da Elmir Əliyev və Nihad Quluzadə, 63 kq-da Nihat Məmmədli, İlkin Qurbanov, Tural Əhmədov və Ayxan Cavadov, 67 kq-da Həsrət Cəfərov, Fərid Xəlilov və Məhəmməd Şükürzadə cəlb olunublar.
72 kq-da Ülvü Qənizadə, 77 kq-da Sənan Süleymanov, Ruslan Nurullayev, Davud Məmmədov və Cavidan Nehmətov, 82 kq-da Qurban Qurbanov və Elmin Əliyev, 87 kq-da İslam Abbasov və Orxan Hacıyev, 97 kq-da Emil Abasov və Murad Əhmədiyev, 130 kq-da isə Beka Kandelaki, Sərxan Məmmədov və Məzaim Mərdanov iştirak edəcəklər.
Toplanış oktyabrın 12-18-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək U-23 dünya çempionatına və oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq böyüklər arasında dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Almaniya Bundesliqasında çıxış edən Rəşad Məmmədov və Murad Məmmədov (hər ikisi 60 kq), Sakit Quliyev (63 kq), Tuncay Vəzirzadə (87 kq) və Arif Niftullayev (97 kq) növbəti təlim-məşq toplanışında milli komandaya qoşulacaqlar.