12 sentyabr 2026. Şənbə

“See Breeze 2026”da Azərbaycan komandası qələbə qazandı


  • Offside
  • 18:59 11.09.2026
  • Oxunma sayı: 12
“See Breeze 2026”da Azərbaycan komandası qələbə qazandı

“Sea Breeze Resort” ərazisində yerləşən “Havana Beach”də keçirilən çimərlik polosu üzrə “See Breeze 2026” beynəlxalq turnirində növbəti oyun baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, günün ikinci qarşılaşmasında Azərbaycanın “Elit” klubu Rusiyanın “Moskva” komandası ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin ilk oyununda isə İsveçrənin “Sankt Moritz” kollektivi Böyük Britaniyanın “Red Star” klubuna qalib gəlib – 7:6.

Qeyd edək ki, “See Breeze 2026” beynəlxalq turnirinin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “Sea Breeze”dir.

Yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir. Turnirdə ümumilikdə 12 poloçu mübarizə aparır. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alıb.

Turnirə sentyabrın 13-də yekun vurulacaq.







Offside