12 sentyabr 2026. Şənbə

“See Breeze 2026” turnirinin ilk günü başa çatıb - Yarımfinal cütlükləri bəlli oldu


  • Offside
  • 19:58 11.09.2026
  • Oxunma sayı: 11
“See Breeze 2026” turnirinin ilk günü başa çatıb  - Yarımfinal cütlükləri bəlli oldu

“Sea Breeze Resort” ərazisində yerləşən “Havana Beach”də keçirilən çimərlik polosu üzrə “See Breeze 2026” beynəlxalq turnirinin ilk gününə yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, günün ilk qarşılaşmasında İsveçrənin “Sankt Moritz” kollektivi Böyük Britaniyanın “Red Star” klubunu 7:6 hesabı ilə məğlub edib.

Günün ikinci matçında isə Azərbaycanın “Elit” klubu Rusiyanın “Moskva” komandası ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 7:3 hesablı qələbəsi ilə başa çatıb.

Nəticələrə əsasən, turnirdə yarımfinal cütlükləri də müəyyənləşib. Yarımfinalda “Elit” “Red Star”la, “Sankt Moritz” isə “Moskva” ilə qarşılaşacaq. Oyunlar sabah keçiriləcək.

Qeyd edək ki, “See Breeze 2026” beynəlxalq turnirinin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “Sea Breeze”dir.

Yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir. Turnirdə ümumilikdə 12 poloçu mübarizə aparır. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.

Turnir sentyabrın 13-də başa çatacaq.







Offside