12 sentyabr 2026. Şənbə

Xuan Mata karyerasını başa vurdu


  • Offside
  • 22:46 11.09.2026
  • Oxunma sayı: 10
Xuan Mata karyerasını başa vurdu

İspaniyalı yarımmüdafiəçi Xuan Mata futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Mata qərarı ilə bağlı fikirlərini bölüşüb:

“Ötən il ərzində peşəkar dəstəyə görə klubda hər kəsə – komanda yoldaşlarımdan tutmuş əməkdaşlara qədər – təşəkkür etmək istəyirəm. Yeni fəslin başlanmasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, “Melburn Viktori”nin gələcək nəsil futbolçularını və azarkeşlərini ruhlandıra biləcəyəm”.

Qeyd edək ki,  son illərdə Avstraliya çempionatında “Melburn Viktori”nin formasını geyinən 38 yaşlı futbolçu bundan sonra klubda inzibati vəzifədə fəaliyyət göstərəcək.







Offside