13 sentyabr 2026. Bazar günü

Çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirinin finalçıları müəyyənləşib


  • Offside
  • 23:48 12.09.2026
  • Oxunma sayı: 11
Çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirinin finalçıları müəyyənləşib

“Sea Breeze Resort” ərazisində yerləşən “Havana Beach”də keçirilən çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirində finala yüksələn komandalar müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, həlledici qarşılaşmada Azərbaycanın “Elit” komandası İsveçrənin “Sankt Moritz” klubu ilə üz-üzə gələcək.

Azərbaycan təmsilçisi finala Böyük Britaniyanın “Red Star” komandasını 9:7 hesabı ilə məğlub edərək vəsiqə qazanıb. “Elit”in kapitanı Elçin Camallı bu görüşdə də məhsuldarlığı ilə seçilib. O, komandasının 9 qolundan 6-sına imza atıb.

Digər yarımfinal qarşılaşmasında İsveçrənin “Sankt Moritz” klubu Rusiyanın “Moskva” komandasını 6:4 hesabı ilə məğlub edərək finala yüksəlib.

Beləliklə, turnirin qalibi “Elit” – “Sankt Moritz” finalında müəyyənləşəcək.

Qeyd edək ki, sabah keçiriləcək üçüncü yer uğrunda qarşılaşmada “Moskva” və “Red Star” komandaları üz-üzə gələcəklər.







Offside