- Offside
- 00:51 13.09.2026
ABŞ Açıq çempionatında kişilər arasında finalın iştirakçıları müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, mövsümün son “Böyük Dəbilqə” turnirinin finalında Almaniya tennisçisi Aleksandr Zverevlə ABŞ təmsilçisi Ben Şelton qarşılaşacaq.
Nyu-Yorkda keçirilən turnirin yarımfinalında dünya reytinqinin 1 nömrəsi Aleksandr Zverev Rusiya tennisçisi Karen Xaçanovu 3:0 hesabı ilə məğlub edib. Almaniyalı raket 6:3, 7:6, 7:6 hesablı setlərlə qələbə qazanaraq finala yüksəlib.
Digər yarımfinal görüşündə isə Ben Şelton turnirin digər ev sahibi təmsilçisi Frensis Tiafonu 3:1 hesabı ilə üstələyib. Şelton 4:6, 6:3, 6:3, 7:5 hesablı setlərlə qalib gələrək karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb.
Qeyd edək ki, Aleksandr Zverevlə Ben Şelton arasında final qarşılaşması sabah keçiriləcək.