- Offside
- 22:59 13.09.2026
“Sea Breeze Resort” ərazisində yerləşən “Havana Beach”də keçirilən çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirinə yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, həlledici qarşılaşmada Azərbaycanın “Elit” polo klubu İsveçrənin “Sankt Moritz” komandası ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən final görüşündə “Elit” rəqibinə 6:4 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.
Bürünc medal uğrunda görüşdə isə Böyük Britaniyanın “Red Star” klubu Rusiyanın “Moskva” komandası ilə üz-üzə gəlib. Qarşılaşma “Red Star”ın 9:5 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Böyük Britaniya təmsilçisi turniri üçüncü pillədə tamamlayıb.
Xatırladaq ki, yarımfinal mərhələsində “Elit” “Red Star” klubunu 9:7, “Sankt Moritz” isə “Moskva” komandasını 6:4 hesabı ilə məğlub edərək finala yüksəlib.
Turnirin yekununda mükafatlandırma mərasimi keçirilib. “Elit” polo klubuna kubok və qızıl medallar təqdim olunub. “Sankt Moritz” gümüş, “Red Star” isə bürünc medallarla təltif edilib.
Qeyd edək ki, “Sea Breeze 2026” beynəlxalq turnirinin rəsmi təşkilatçıları Azərbaycan Respublikasının Atçılıq Federasiyası və “Sea Breeze”dir.